Minsk Qrupunun bərpası mümkün deyil - Zaxarova

Minsk Qrupunun bərpası mümkün deyil - Zaxarova
20 Mar 2025 22:44

ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpası mümkündürmü? Xeyr.


News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.


"Mən sizə bu məsələnin tarixçəsini xatırladım. Və bu arada, Rusiya və ABŞ arasında əlaqələrin aktivləşməsi və ya bərpası ilə ATƏT-in Minsk Qrupu mövzusu arasında heç bir əlaqə görmürəm. Bizim Minsk Qrupu ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bildiyiniz kimi, məhz Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri oradakı fəaliyyətlərini sadəcə dayandırdılar. Onlar 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırdılar. Həmçinin Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”, - Zaxarova bildirib.


Sizin reklam burada
Sizin reklam burada