Millinin futbolçusu əməliyyat olundu

Millinin futbolçusu əməliyyat olundu
28 Mar 2025 17:49

"Sabah" klubunun və Azərbaycan millisinin futbolçusu Amin Seydiyev əməliyyat olunub.

News365.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu mövsümün qalan hissəsini başa vurub


Sizin reklam burada
Sizin reklam burada