Minimum əmək haqqı bu qədər artırılacaq - Xalid Kərimli açıqladı

Minimum əmək haqqı bu qədər artırılacaq - Xalid Kərimli açıqladı
03 Okt 2024 15:15

Minimum əmək haqqı nə qədər artırıla bilər və bu kimlərin zərərinə olacaq?

 İqtisadçı Xalid Kərimli News365.az-açıqlamasında bildirib ki,minimum əmək haqqı 10-15 faiz artacaq. 

"Ən son minimum əmək haqqı 2023-ün yanvarın 1-dən artırılıb. 2023-2024 cü illərdə artım olmayıb. Növbəti artım 2025-ci ilin yanvarın 1-dən olacaq. 2023-cü ildə Azərbaycanda artım 8,8 % infilyasiya olub. 2024-cü ildə təqribən ilin sonuna qədər 4 % ətrafında olacaq. Son 2 ildə infilyasiya 13-14 % olub.  Ona görə də güman edirəm ki, hökümət minimum 10 maksimum 15 % arası artımına gedə bilər. " ekspert deyib. 

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial və Müdafiyə nazirliyi oktyabrın sonuna qədər rəqəmləri, təklifləri cəmiyyətə elan etməlidir. 

  "Bu rəqəmlərin büdcə müzakirələri əhəmiyyətli məsələdir,. Çünki bu rəqəmlərə görə, sosial əmək haqqı ödənişləri formalaşır."  Xalid Kərimli bildirib. 

İqtisadiyyatçı eyni zamanda minimum əmək haqqının kimlərin zərərinə olacağını da deyib:

"Minimum əmək haqqı həm dövlət həm də özəl sektor tərəfindən məcburi icra edilməli olan nomativdir. Özəl sektorda ən aşağı maaş  bu qədər etməlidir. Özəl sektor minimum əmək haqqını hesablayanda tək  öz imkanlarını nəzərə almır. 800-900 minlik dövlət sektorunda işləyən varsa, ona uyğunda dövlət iş yeri təmin edir.  Elə bu qədər də özəl sektorda muzdlu işlə işləyən şəxslər var. Bu baxımdan dövlət  öz heyətinə aid  qərar verdiyindən, eyni zamanda sektor heyətinə də qərar verir. Ona görə də hökümət tək öz imkanlarını yox, özəl sektorların imkanlarını da nəzərə alır."-deyə  o, bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər