Milyonlarla insan buna görə işini itirə bilər - Putin

Milyonlarla insan buna görə işini itirə bilər - Putin
12:55

Süni intellekt texnologiyalarının inkişafı səbəbindən dünyada milyonlarla insan işini itirə və ya peşəsini dəyişməyə məcbur ola bilər.

News365.az bildirir ki,  bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Avrasiya İqtisadi Forumunda bildirib.

"Əmək bazarı yenidən qurulur. Milyonlarla insanın işini itirdiyi və ya fəaliyyət növünü dəyişdirməyə məcbur olduğu ssenari olduqca realdır. İnsanların yerini kompüter zəkası tutacağı üçün bütün peşələr yox ola bilər", - deyə o hesab edir.

Putin əlavə edib ki, Rusiya hazırda süni intellektin inkişafı üçün suveren platformalar yaradan azsaylı ölkələrdən biridir.


Sizin reklam burada
Sizin reklam burada