Millimiz Yunanıstanla qollu heç-heçə etdi

Millimiz Yunanıstanla qollu heç-heçə etdi
04 Fev 2025 23:59

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.


News365.az xəbər verir ki, 5-ci qrupda yer alan yığma Bakıda Yunanıstan seçməsi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində ilk qolu 1-ci dəqiqədə Oktay Rüstəmli vurub. Digər qol isə 39-cu dəqiqədə avtoqol kimi qeydə alınıb.


Vitali Borisovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 2-yə çatdırıb. Yığma növbəti matçı martın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.


Sizin reklam burada
Sizin reklam burada