Nilperi Şahinkaya ilə bağlı intihar iddialarına menecerindən açıqlama

Nilperi Şahinkaya ilə bağlı intihar iddialarına menecerindən açıqlama
16:41

Anası Meltem Vuralı ötən həftə itirən aktrisa Nilperi Şahinkaya sosial şəbəkədə anası ilə birgə fotosunu paylaşaraq, “Canlarım, mən anamsız yaşaya bilmirəm. Dəstəyiniz üçün təşəkkür edirəm.

Məni bağışlayın” sözlərini yazıb. Şahinkaya paylaşımını qısa müddət sonra silib.

Bundan sonra aktrisanın evində işıqların yanmadığı, avtomobilinin isə qapının önündə park vəziyyətində olduğu qeyd olunub. Onun dərman qəbul edərək intihara cəhd etdiyi iddia edilib.

“İntihar söhbəti yoxdur”
“2. Səhifə” verilişinə açıqlama verən Nilperi Şahinkayanın meneceri isə iddiaları təkzib edib:
“6 ay boyunca anasına gecə-gündüz baxdı və çox çətin bir dövr keçirdi. Onunla danışdım, dostları yanındaydı. Paylaşımı da həmin vaxt dostlarının yanında yazmışdı. O psixoloji vəziyyətdə bunları yazıb, amma nə dərman içmək, nə də intihar cəhdi kimi bir hal yoxdur”.



Sizin reklam burada
Sizin reklam burada