Milli Məclisin yaz sessiyası yekunlaşdı

Milli Məclisin yaz sessiyası yekunlaşdı
30 May 2025 14:08

Milli Məclisin 2025-ci il yaz sessiyası başa çatıb.

News365.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Qeyd edək ki, iyunda Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada