Millət vəkili də qohum evliliyinə qarşı çıxdı

Millət vəkili də qohum evliliyinə qarşı çıxdı
25 İyn 2024 14:31

"Qohum evliliyi ilə bağlı verilən qərar bir sıra neqativ halların qarşısını alacaq."

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu News365.az-a açıqlamasında deyib. O, erkən nigahla və qohum evliliyinin yaradacağı fəsadlarla bağlı fikirlərini də bölüşüb. 

"Məlum olduğu kimi erkən nigah məsələsi uzun müddətdir Azərbaycan cəmiyyətində çox geniş müzakirə olunur. 

Bu gün həqiqətən belə bir problem var. Xüsusilə bir sıra bölgələrimizdə biz gənc qızların erkən yaşda nigahlandığını və valideynlərin bir sıra hallarda onları buna məcbur etdiyinin şahidi oluruq. Uzun illərdir bu barədə maarifləndirmə təbliğat işləri aparılır. Proseslərin təhlili göstərir ki bütün bunlar yetərli deyil. 

Burda qanunun qəbul edilməsinə ehtiyac var və bu erkən nigahlar, eyni zamanda yaxın qohumlarla nigah cəmiyyətimizdə ciddi fəsadlar yaradır. Yəni gənclərin sağlamlığına, inkişafına ümumiyyətlə sağlam böyüməsinə mənfi təsir göstərir. Qanunda bu dəyişiklik edildi və güman edirəm ki, bu dəyişiklik prosesə öz töhfəsini verəcək. Bu dəyişikliyin ən böyük səbəbi sağlam nəslin yetişdirilməsidir. O mənada düşünmürəm ki, cəmiyyətin sağlam düşüncəli hissəsidə bu fikri və düşüncəni dəstəkləyir və qanunu qəbul edirlər. Ümid edirəm ki, bu neqativ halların qarşısını ala biləcəyik." - deyə o bildirib.

Könül Abdullayeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər