Meta-nın fırıldaqçılıq qalmaqalı illik 16 milyard dollar qazanc iddiası

Meta-nın fırıldaqçılıq qalmaqalı illik 16 milyard dollar qazanc iddiası
09:30

Meta şirkətinin (Facebook, Instagram, WhatsApp) hər il təxminən 16 milyard dollar gəliri saxta və qanunsuz reklam kampaniyalarından əldə etdiyi iddia olunur.

News365.az xarici mediaya istinadla xəbər verir ki, sözügedən məbləğə saxta e-ticarət saytları, aldadıcı investisiya sxemləri, onlayn qumar və qadağan olunmuş tibbi məhsulların reklamları daxildir.

Bildirilir ki, Meta bu cür reklamları tam dayandırmır, çünki onlar şirkət üçün böyük gəlir mənbəyidir.

Şirkət isə fırıldaqçılıqla mübarizənin prioritet olduğunu, lakin bütün reklamları dəqiq şəkildə filtrləməyin çətin olduğunu açıqlayıb.



Sizin reklam burada
Sizin reklam burada