Məşhur teleaparıcının atası xərçəngə qalib gəldi - FOTO

Məşhur teleaparıcının atası xərçəngə qalib gəldi - FOTO
04 İyn 2025 14:00

Məşhur teleaparıcı Yuliya Bordovskixin atası xərçəngə qalib gəlib. Bu barədə tanınmış aparıcı İnstaqramda paylaşım edib. O, yazıb ki, dekabrda atasında sürətlə inkişaf edən iri şiş aşkarlanıb və ona xərçəng xəstəliyi diaqnozu qoyulub. Müalicə zamanı mümkün arzuolunmaz nəticəni anlayan ailə üzvləri bir neçə dəfə onunla vidalaşıblar.

"Dekabr ayında heç vaxt ümidini itirməyən bu adama aqressiv lifoma diaqnozu qoyuldu. O, xurma boyda idi və biz onu yoxlatdırmadığımız altı ay ərzində böyümüşdü. Bu, çox tez böyüyən və parazit kimi yayılan bir növdür. Bütün Moskva mənə kömək etdi, 67 saylı xəstəxananın gözəl həkimləri daxili qanaxmadan xilas etdi, Botkində kimyaterapiya kursları keçdik. Orada səbirlə reanimasiyada atamı bərpa etdilər, hətta ölmək üzrə olduğu görünəndə belə bunu bacardılar. Son altı ayda bir neçə dəfə atamla vidalaşdıq... Amma şiş getdi! Gözəl həkimlər və atamın həyata bağlılığı ilə birlikdə xəstəliyi məğlub etdik",- o qeyd edib.

Həmdə iş adamı olan aparıcı deyib ki,  40 ildir danışmadığı bacısı ilə yenidən qovuşaraq bir komanda olublar və birlikdə ataları üçün mümkün olan hər şeyi ediblər.

Yaşlı adamın ağır xərçəngdən sağalması sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada