Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO

Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO
09:42

Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı otellərin birində ölü tapılıb.

News365.az xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriyanın cəsədini yanvarın 1-i səhər saatlarında San-Fransiskodakı otellərin birində aşkar ediblər. Polisin portala dəqiqləşdirməsinə görə, əməkdaşlar meyitin tapılması ilə bağlı daxil olan məlumat əsasında saat 04:00 radələrində (Bakı vaxtı ilə təxminən 16:00-da) otelə gəliblər.

Hadisə yerinə məhkəmə-tibbi ekspertinin gəldiyi və araşdırma apardığı bildirilir.

Ölümün səbəbi hələlik məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada