Məşhur aktrisaya zəng edib lahmacun sifariş etdilər: verdiyi cavab gündəm oldu

Məşhur aktrisaya zəng edib lahmacun sifariş etdilər: verdiyi cavab gündəm oldu
07 İyl 2024 15:47

Türkiyəli məşhur aktrisa Aslı Enverin pərəstişkarları ilə maraqlı dialoqu gündəm olub.

Aktrisaya zəng edərək lahmacun sifariş veriblər.

Aslı Enverin fanatı olan 3 gənc onun telefon nömrəsini taparaq zəng edib "5 lahmacun və 1 kaşar pide ala bilərikmi?" deyə soruşublar.

Baş verənlərə təəccüblənsə də, bunun zarafat olduğunu anlayan aktrisa "Göndərərdim, amma yanlış nömrəyə zəng etmisiniz, hər zaman gözləyirik" cavabını verib.

Pərəstişkarları həmin söhbəti sosial şəbəkədə paylaşdıqdan sonra onların telefon danışığı viral olub.


Youtube kanalımız

Oxşar xəbərlər