Burak Yılmazdan ETİRAF: "Mənə dağ satdılar"

Burak Yılmazdan ETİRAF: "Mənə dağ satdılar"
05 Okt 2024 23:05

"Kayserispor"un sabiq baş məşqçisi Burak Yılmaz keçmişdə üzləşdiyi fırıldaq hadisəsini etiraf edib.

News365.az BAKU.WS-ə istinadla xəbər verir ki, qatıldığı "YouTube" proqramına danışan Burak 2008-2010-cu illər arasında "Fənərbağça"da oynadığı zaman necə aldadıldığını açıqlayıb.

O, "Fənərbağça"da oynadığı müddətdə komanda yoldaşları ilə birgə torpaq alıb. Get-gedə torpağın dəyəri azalmağa başlayıb.

"Fənərbağçada oynayıram, 23 yaşım var. Bir gün bütün komandamız eyni otaqdan çıxırdı və mən Səlcuq Şahinə "Nə var, qardaş" dedim. O da, gəl, torpaq alırıq cavabını verdi. Mən də almaq istədiyimi bildirdim. Kocaeli və İzmitdən torpaq aldım. Bütün komanda satın aldı deyə mənə güvənilir gəlirdi. O vaxt üçün yaxşı pul vermişdim.

Üzərindən xeyli müddət keçdi. Mən Qalatasarayda oynayırdım. Bir gün atam dedi ki, gedim bu torpağa baxım. Atam mənə zəng edib, "Oğlum, sənə dağ satıblar, ayıbdır" dedi. İndi də torpağın qiyməti o vaxt aldığım pulun 1/10 hissəsi belə deyil".


Youtube kanalımız

Oxşar xəbərlər