İsrail ordusu İrana cavab verəcəklərini vəd edib

İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
05 Okt 2024 23:15

İsrail oktyabrın 1-də İranın ona qarşı həyata keçirdiyi iri raket hücumuna cavab verəcək.

News365.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.

“İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz bəlli olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. Belə ki, İrandan İsrailə 500-ə yaxın raket atılıb.


Youtube kanalımız

Oxşar xəbərlər