Meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb
30 Avq 2025 11:18

Lerikdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, onun yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki yarımtikilidən marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada