Kamerunda müxalifət lideri seçkilərdə qələbə elan edib

Kamerunda müxalifət lideri seçkilərdə qələbə elan edib
14 Okt 2025 19:45

Kamerunun müxalifət lideri İssa Tçiroma Bakari 12 oktyabr prezident seçkilərində qalib gəldiyini bəyan edib. 

News365.az xəbər verir ki, o, 92 yaşlı Prezident Pol Biyanı 43 illik hakimiyyətinə son qoymağa çağırıb. 

Bildirilib ki, rəsmi nəticələr hələ açıqlanmayıb, Mərkəzi Seçki Komissiyasının onları 26 oktyabra qədər elan edəcəyi gözlənilir.

Həm iqtidar, həm də müxalifət qalibiyyəti öz adına çıxsa da, qanunlar nəticələrin vaxtından əvvəl açıqlanmasını qadağan edir.



Sizin reklam burada
Sizin reklam burada