ATƏT sədri Gürcüstanda səfərdədir

ATƏT sədri Gürcüstanda səfərdədir
18:05

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistandan sonra Gürcüstana səfər edib.

    News365.az xəbər verir ki, o, hazırda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirir.

    ATƏT sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

    Görüşlərdə Gürcüstandakı daxili və xarici çağırışlar müzakirə olunacaq, ATƏT-in 2008-ci il müharibəsinin nəticələrinin həlli üzrə Cenevrə beynəlxalq müzakirələrinə davamlı dəstəyinə xüsusi diqqət yetiriləcək.

    ATƏT sədrinin səfərini şərh edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze təşkilatla əməkdaşlığın önəm kəsb etdiyini bildirib. O, Gürcüstanın bu əməkdaşlığın daha da fəallaşdırılmasına açıq olduğunu vurğulayıb.


    Sizin reklam burada
    Sizin reklam burada