Denizli vilayətinin Kale qəsəbəsində iki zabit işçisi 28 avqust tarixində Bələdiyyə Başçısı Erkan Hayla tərəfindən döyüldükləri iddiasıyla polisdən şikayət edib.
News365.az xəbər verir ki, Kale Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hazırlanan iddianamə məhkəmə tərəfindən qəbul edilib.
Hadisənin 28 avqust tarixində Kale Orta Məktəbinin həyətində baş verdiyi qeyd olunur. İddianaməyə görə, zabit işçisi C.Ç. Hayla tərəfindən çubuqla döyülüb və yaralanıb.
İddianamədə Hayla haqqında “silahla qəsdən sadə bədən xəsarəti yetirmə” maddəsi üzrə 1 ildən 3 ilə qədər həbs cəzası tələb olunur. Hadisə zamanı C.Ç.-nin yanında olan digər zabit işçisinin isə şahid qismində dindirilməsi planlaşdırılır.
Qeyd edək ki, hadisə ilə bağlı şikayət edən zabit işçiləri 28 avqust tarixində polisdə müraciət etmişdi.
News365.az