İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ prezidenti Donald Trampı “Qərbi yenidən möhtəşəm etməyə” çağırıb.
Jurnalistlərə açıqlama verən Meloni Trampın məşhur “Amerikanı yenidən möhtəşəm etmək” şüarına işarə vurub. O, Qərb deyərkən təkcə coğrafi məkanı deyil, bütöv bir sivilizasiyanı nəzərdə tutduğunu vurğulayıb. Baş nazir qeyd edib ki, o, bu sivilizasiyanı daha da gücləndirmək istəyir.
"Düşünürəm ki, Atlantikanın iki tərəfi arasında problemlər olsa belə, oturub birlikdə həll yollarını tapmağın vaxtıdır. Mənim məqsədim Qərbi yenidən güclü, möhtəşəm etməkdir və düşünürəm ki, biz birlikdə bunu edə bilərik",- siyasətçi deyib.
Tramp isə öz növbəsində bu sözlərə “biz bacararıq” ifadəsi ilə cavab verib.
Bundan əlavə, Amerika prezidenti Romaya səfər dəvətini də qəbul edib. Meloni qeyd edib ki, Avropa İttifaqı sammiti onun gəlişi ilə eyni vaxta təyin oluna bilər.
Tural