Melaniya Tramp Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb

Melaniya Tramp Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb
10 Okt 2025 22:00

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların rifahını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

"Prezident Putinlə bu uşaqların rifahını müzakirə etmək üçün açıq ünsiyyət kanalımız var", - o deyib.

Melaniya Trampın sözlərinə görə, Putin onun bu məsələni qaldıran məktubuna cavab verib, onunla birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada