Məktəblərdə kağız jurnallar LƏĞV OLUNUR - RƏSMİ

Məktəblərdə kağız jurnallar LƏĞV OLUNUR - RƏSMİ
16:59

“Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq”.

News365.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.

"Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq", - o əlavə edib. 


Sizin reklam burada
Sizin reklam burada