"Məktəblərdə dini, peyğəmbərimizi öyrətsinlər"

"Məktəblərdə dini, peyğəmbərimizi öyrətsinlər"
06 Apr 2025 14:41

"Mən çox istərdim ki, indi məktəblərdə bəzi dərslər keçirilsin. Məsələn, yanğınsöndürəndən necə istifadə etmək lazımdır. Birdən nəsə olsa, yaralansalar, ayaq sınsa nə etmək olar. İndi əsas bunlardır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Yol yoldaşı" verilişində deyib. O, məktəblərdə uşaqlara dini mövzularda dərslərin keçirilməli olduğunu vurğulayıb:

"Məktəblərdə övladlarımıza başa salsınlar ki, hansı dinə məxsusuq, peyğəmbərimiz kimdir, kitabımız hansıdır, orada da nə yazılıb. Demirəm çox dərinə getmək, amma əsasları demək lazımdır. Çox istərdim ki, öladlarımız mili musiqi alətlərində ifa etsinlər. Demirəm ki, övladınızı pianinoya qoysaz, o dünyada böyük pianinoçu olacaq. Amma onun inkişafı dəyişəcək".


Sizin reklam burada
Sizin reklam burada