Mehmet Fatih Kacır: PUA bazarının 65 faizi Türkiyənin əlindədir

Mehmet Fatih Kacır: PUA bazarının 65 faizi Türkiyənin əlindədir
15:13

Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, hazırkı münaqişələrdə pilotsuz uçuş aparatları (PUA) ön plana çıxıb.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.

"PUA, kamikadze dronlar bahalı silahlardan üstün olub",- o bildirib və əlavə edib ki, indiki müharibələr cəbhədə yox, məsafədən aparılır:

"Bu savaşlarda milyonlarla dollar dəyərində olan silahlardan çox daha ucuz pilotsuz uçuş aparatları (PUA), süni intellektlə idarə olunan sistemlərin işə yaradığı ortaya çıxıb. Hazırda PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir".


Sizin reklam burada
Sizin reklam burada