Qəzzada Misirin əsas humanitar yardım təşkilatının yüksək vəzifəli əməkdaşı Məhəmməd əl-Vaheidi İsrailin hava zərbəsi nəticəsində həlak olub.
News365.az xəbər verir ki, hadisə zamanı daha üç nəfər, o cümlədən iki uşaq da həyatını itirib.
Bildirilib ki, əl-Vaheidi məcburi köçkün fələstinlilər üçün futbol üzrə dünya çempionatının oyunlarının ictimai nümayişini təşkil edirdi.
İsrail ordusu isə hava zərbəsinin “HƏMAS-a bağlı silahlı şəxsə” qarşı həyata keçirildiyini açıqlayıb. Ordunun məlumatına görə, hadisə ilə bağlı araşdırma aparılır.