Məcburi köçkünlər üzrə komitəyə 2026-cı ildə vəsait ayrılmayacaq

Məcburi köçkünlər üzrə komitəyə 2026-cı ildə vəsait ayrılmayacaq
10:48

2026-cı il üçün proqnozlaşdırılan dövlət subsidiyaları səkkiz funksional sahəni əhatə edəcək. Cari ildən fərqli olaraq, gələn il "Sosial müdafiə və sosial təminat" bölməsi üzrə subsidiya ayrılması planlaşdırılmır.

News365.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı il dövlət büdcəsinin layihəsinə dair rəyində qeyd edilib.

Bu bölmə üzrə subsidiyanın nəzərdə tutulmaması Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün "Dövlət müəssisələrinə subsidiyalar" paraqrafı üzrə vəsaitin proqnozlaşdırılmaması ilə bağlıdır.


Sizin reklam burada
Sizin reklam burada