Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri 5-6 iyunda gözlənilir.
News365.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Mən həmkarım Valentina Matviyenkonun Ermənistana səfərini gözləyirəm. Səfər 5-6 iyunda gözlənilir. Biz bu tarixi ilkin olaraq razılaşdırmışıq", - deyə Simonyan qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfinin əvvəl təklif etdiyi tarix qəbul edilməyib, çünki 15-16 iyunda onun Qazaxıstana səfəri planlaşdırılır.
"İlkin olaraq bu tarix təklif edilmişdi, amma mən ölkədə olmayanda onun səfəri necə baş tuta bilər. Ona görə də onun səfərini 5-6 iyunda gözləyirik", - deyə o qeyd edib.