Hadrutda od çərşənbəsi qeyd olundu .
Bu gün Hadrutda Od Çərşənbəsi ənənəvi coşqu ilə qeyd olunub.
News365.az xəbər verir ki, bayram münasibətilə keçirilən tədbirdə yerli sakinlər iştirak ediblər. Tədbir çərçivəsində tonqallar qalanıb, iştirakçılar od üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə pisliklərdən təmizlənib və yeni ilə uğurla qədəm qoymağı arzulayıblar.
Qeyd edək ki, Od Çərşənbəsi Novruz bayramının əsas çərşənbələrindən biridir və xalq arasında odun müqəddəsliyinə olan inamı təcəssüm etdirir. Əsrlərdir davam edən bu ənənə, bu il də Hadrutda xüsusi təntənə ilə yaşadılıb.