Mask İngiltərəni tiranlıqdan azad etməyə çağırdı

Mask İngiltərəni tiranlıqdan azad etməyə çağırdı
06 Yan 2025 16:00

"Amerika Birləşmiş Ştatları (ABŞ) Böyük Britaniyanı ölkə hakimiyyətinin zülmündən azad etməlidir".

Bu barədə məşhur amerikalı biznesmen İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Amerika Britaniyanı tiran idarəçiliyindən azad etməlidir", - o yazıb.

Eyni zamanda, Mask Britaniyanın hazırkı Baş naziri Kir Starmerin hökumətini nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyib. Çünki “Government" sözünü ingilis dilindən həm “hökumət”, həm də “idarəçilik" kimi tərcümə etmək olar.

Bundan əvvəl Mask hakim Leyborist partiyasının populyarlığının azalması fonunda Böyük Britaniyada yeni parlament seçkilərinin keçirilməsini vacib saymışdı.

Tural


Youtube kanalımız