Masallıda şəhid adına küçə üçün sakinlərdən pul yığıldı- İDDİA+ SƏS yazısı yayıldı...

Masallıda şəhid adına küçə üçün sakinlərdən pul yığıldı- İDDİA+ SƏS yazısı yayıldı...
31 May 2025 14:58

Masallı rayonunda Vətən müharibəsi şəhidi Qüdrət Babayevin adını daşıyan küçənin yolunun təmiri kənd sakinlərinin vəsaiti hesabına aparılıb.

News365.az-ın əldə etdiyi məlumata görə, təmir işləri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Masallı rayonu üzrə müdiri Qəşəm Hamil oğlu Hadıyevin təşəbbüsü ilə həyata keçirilib. O, kənd sakinlərindən pul toplayaraq küçənin yol örtüyünü düzəltdirib.

Qəşəm Hadıyev məsələ ilə bağlı News365.az-a açıqlamasında belə deyib:
“Nə etməliyik? Dövlət bu iş üçün pul ayırmır. Camat da məcbur qalıb pul verir, yolunu çəkir.”

Qeyd edək ki, Şəhid Qüdrət Babayevin adını daşıyan küçənin sakinləri uzun müddətdir yol şəraitindən narazılıq edirdilər. Hadisə ictimaiyyət arasında da narahatlıq doğurub. Belə ki, şəhid adını daşıyan küçənin dövlət hesabına deyil, əhali vəsaiti ilə təmir olunması birmənalı qarşılanmayıb.


Sizin reklam burada
Sizin reklam burada