Masallı rayonu, Birinci Səmədxanlı kəndində fərdi yaşayış evində yanğın baş verib.
News365.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı və mətbəxi 70 m² sahədə, mansardın yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.