Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik

Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
16:36
Maliyyə Nazirliyi "Sanitariya Epidemioloji Xismətlər" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

News365.az xəbər verir ki, nazirlik şirkətdə təmizlik xidməti alır. Satınalma müqaviləsinin maliyyə dəyəri 462 358,93 manatdlr.

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından adydın olur ki, "Sanitariya Epidemioloji Xidmətlər” şirkəti 2017-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəti Yasamal rayonu, Azərbaycan küçəsi, ev 65-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənzadə Fuad Maqsud oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Bununla belə, "Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin dövlət satınalmalarında fəal iştirak edir. Şirkət 2023-2025-ci illərdə 13 tenderin qalibi seçilib.

Bu tenderləri əsasən tibb müəssisələri keçirib.