Venesuela Prezidenti Nikolas Maduronun aparılan əməliyyat zamanı ölkəsindən Nyu-Yorka gətirilərkən üzərində olduğu idman geyimi gözlənilmədən ABŞ-da böyük marağa səbəb olub.
Dəyəri 260 dollar olan həmin idman kostyumu qısa müddətdə ölkə üzrə ən çox satılan məhsula çevrilib.
Artan tələbat nəticəsində geyimin bütün ölçüləri sürətlə tükənib. Satıcıların sözlərinə görə, alışların sayı gözləniləndən qat-qat çox olub və bəziləri bu vəziyyəti "əsl çılğınlıq" kimi xarakterizə ediblər. 

