Maduro mühafizəsini gücləndirib

Maduro mühafizəsini gücləndirib
09:10

Venesuela Prezidenti Nikolas Maduro şəxsi mühafizə tədbirlərini gücləndirib.

News365.az xəbər verir ki, Maduro evini və telefonlarını dəyişdirib, həmçinin mühafizəçilərin sayını artırıb. 

Məlumata görə, buna səbəb onun Tramp administrasiyası dövründə mümkün ABŞ hərbi müdaxiləsini hakimiyyətinin 12 ili ərzində ən böyük təhlükə kimi görməsidir.

Rəsmi çıxışlarında sakit görünməyə çalışan Maduro son günlər qəfil səfərlər və sosial şəbəkə paylaşımları ilə diqqət çəkir. 

Lakin hökumətə yaxın mənbələr prezidentin yaxın çevrəsində ciddi gərginlik olduğunu bildirir.



Sizin reklam burada
Sizin reklam burada