Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb

Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
16 May 2026 23:40

Böyük Britaniyanın paytaxtı Londonda şənbə günü keçirilən iki etiraz aksiyasında 31 nəfər saxlanılıb.

News365.az xəbər verir ki, hər iki mitinq davam edir və saxlanılmalar ictimai asayişin təmin olunması əməliyyatı zamanı keçirilib.

Polis ciddi insidentin qeydə alınmadığını açıqlayıb.

Qeyd edək ki, bu gün Londonda vətənpərvər "Unite the Kingdom" (Krallığı birləşdir) marşı və Fələstin tərəfdarlarının yürüşləri keçirilir. Aksiyalarda 80 minə qədər insanın iştirakı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada