Ötən
gecə Çempionlar Liqasının növbəti həyəcanı yaşanıb. Beləki, Çempionlar
Liqasının 1/8 final mərhələsinin cavab matçında İngiltərə Premyer Liqasının
lideri "Liverpul" evdə Fransa çempionu PSJ-yə penaltilər seriyasında
məğlub olub - 1:4.
News365.az
xəbər
verir ki, əsas vaxt Paris klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 12-ci dəqiqədə
fransız hücumçu Usman Dembele fərqlənib. Penaltilər seriyasında isə PSJ-nin
futbolçuları daha güclü olub.
PSJ
1/4 finalda Aston Villa - Club Brugge matçının qalibi ilə qarşılaşacaq.
Çempionlar
Liqası, 1/8 final, cavab oyunu
Liverpul
- PSJ - 0:1, əlavə vaxt - 0:0, penaltilər - 1:4 , (ilk oyun - 1:0)
Ousmane
Dembele, 12
İtaliya
çempionu "İnter" və "Bavariya" Çempionlar Liqasında 1/4
finala yüksəlib.
1/8
final mərhələsinin cavab oyununda “İnter” öz meydanında Hollandiyanın
“Feyenoord” klubuna fransalı hücumçu Markus Tyuram və türkiyəli yarımmüdafiəçi
Hakan Çalhanoğlunun qolları sayəsində 2:1 hesabı ilə qalib gəlib.
Ermənistan
millisinin sabiq yarımmüdafiəçisi Henrix Mxitaryan "İnter"in start
heyətində meydana daxil olaraq bütün oyunu keçirib.
"İnter"in
1/4 finaldakı rəqibi Almaniya çempionu "Bayer Leverkuzen"i mübarizədən
kənarlaşdıran "Bavariya" olacaq.
Cavab
görüşündə münhenlilər 2:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, 1/8 final, cavab matçları
İnter
- Feyenoord - 2:1, (ilk oyun - 2:0)
Marcus
Thuram 8, Hakan Calhanoglu 51 (pen) v Jakub Moder 42 (pen)
"Bayer"
- "Bavariya" - 0:2, (ilk oyun - 0:3)
Harri
Keyn, 52, Alphonso Davies, 71News365.az
21:45.
“Barselona” (İspaniya) 3-1 “Benfika” (Portuqaliya)
İlk
oyun - 1:0.
News365.az