“Liverpul” - “Qarabağ” matçının hakimləri açıqlandı

“Liverpul” - “Qarabağ” matçının hakimləri açıqlandı
14:39

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.

UEFA-nın saytı xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Qeyd edək ki, yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Sizin reklam burada
Sizin reklam burada