Azər Aslanov: “Bu gün AKF-i minlərlə üzvünü özündə birləşdirən güclü və dayanıqlı federasiyaya çevrilib”

Azər Aslanov:  “Bu gün AKF-i minlərlə üzvünü özündə birləşdirən güclü və dayanıqlı federasiyaya çevrilib”
12 Mar 2026 18:58

Azərbaycan kikboksçuları üzərlərinə düşən missiyanı yaxşı dərk edirlər. Çünki onlar həm də vətənpərvər insanlardırlar. 

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov deyib.

“Kikboksçularımız dövlətinə, millətinə bağlıdırlar. Bizim federasiya üçün bu amil əsas prinsipdir. Onlar beynəlxalq və daxili yarışlara bu amalla çıxırlar. Burada vətənpərvər düşüncələrlə və fizik sağlamlıq vəhdət təşkil edir. Bu həm də uğurların təməlini təşkil edir. Bu gün AKF-i minlərlə üzvünü özündə birləşdirən güclü və dayanıqlı federasiya çevrilib.  Neçə illədir ki,  ölkənin idman həyatında fəallığını özündə saxlayır. Bu həm də dinamiklikdən xəbər verir. Mövcud olan dinamiklik ölkədə idmanın kütləviliyinə öz uğurlu töhfəsini verir, - deyə A.Aslanov bildirib.


Sizin reklam burada
Sizin reklam burada