Paşinyan yenidən Ermənistanın baş naziri təyin edildi

Paşinyan yenidən Ermənistanın baş naziri təyin edildi
02 Avq 2026 14:56

Ermənistan prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" Partiyasının lideri Nikol Paşinyanı ölkənin baş naziri təyin edib.

Müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.

"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.


Sizin reklam burada
Sizin reklam burada