Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı

Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı
15:53

Quba rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verib.

İlkin məlumata görə, "Chevrolet" və "Ford" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada