Latviyanın müdafiə naziri istefa verdi

Latviyanın müdafiə naziri istefa verdi
10 May 2026 22:56

Latviyanın müdafiə naziri Andris Spruds istefa verib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçuş aparatları (PUA) ilə bağlı baş vermiş insidentdən sonra bu qərara gəlib.

“Mən Latviya ordusunu siyasi kampaniyaya cəlb olunmaqdan qorumaq üçün istefa vermək qərarına gəldim”, - deyə Spruds bildirib.

Qeyd edək ki, 3 gün əvvəl Latviyanın şərqində yerləşən Rezekne şəhərinin ərazisinə 2 ədəd pilotsuz uçuş aparatı (PUA) düşüb


Sizin reklam burada
Sizin reklam burada