Bakıda küçədə kütləvi dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.