Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk bölgəsində 49,5 minə qədər yaraqlısını itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Düşmən ümumilikdə Kursk istiqamətində gedən döyüşlər zamanı 49 500-dək hərbi qulluqçu, 283 tank, 216 piyada döyüş maşını, 158 zirehli transportyor, 1500 zirehli döyüş maşını itirib”, - məlumatda qeyd edilib.
Bundan əlavə, 13 Amerika istehsalı olan HIMARS və altı MLRS daxil olmaqla, 44 raket buraxılış sistemi məhv edilib.
Qeyd olunub ki, Kursk vilayətində Ukrayna birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir. Belə ki, “Şimal” qoşun qruplaşmasının hərbi hissələri Bolşoy Soldatskoye kəndi istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum etmək cəhdini dayandırıb. Onlar Berdin fermasına yaxınlaşan zaman əsas qüvvələrini itiriblər. Burada Ukrayna Silahlı Qüvvələri 150-dən çox yaraqlı və 4 tank itirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural