Ukrayna Silahlı Qüvvələri (VSU) Kursk vilayətində gedən bütün döyüşlər ərzində 70 mindən çox hərbçisini itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
“Düşmən 70 380-dən çox hərbçisi, 402 tankı, 327 piyada döyüş maşını və 290 zirehli transportyorunu itirib”, - məlumatda deyilir.
Paylaşımda Rusiya əsgərlərinin Ukrayna Silahlı Qüvvələrinin (VSU) bir neçə min digər texnikasını da sıradan çıxardığı bildirilir. Onların arasında 2228 döyüş zirehli texnikası, 18 akkumulyatorlu radar stansiyası, 123 radioelektron mübarizə sistemi, 587 artilleriya qurğusu, 53 reaktiv yaylım atəş sistemi və digər avadanlıqlar var.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural