Kürdəmirdə ağır yol qəzasında üç nəfər ölüb FOTO

Kürdəmirdə ağır yol qəzasında üç nəfər ölüb  FOTO
18 İyn 2024 18:34

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Youtube kanalımız
Kürdəmirdə ağır yol qəzasında üç nəfər ölüb  FOTO
Kürdəmirdə ağır yol qəzasında üç nəfər ölüb  FOTO
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər