Kürdəmir sakinini qatar vuraraq öldürüb

Kürdəmir sakinini qatar vuraraq öldürüb
16:03

Kürdəmir sakinini qatar vuraraq öldürüb.

Hadisə rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 45 yaşlı kənd sakini Famil Bağırov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub. 

Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə ölüb. 

Əraziyə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götrülərək aidiyyəti üzrə təhvil verilib. 

Hadisənin hansı şəraitdə baş verməsi rayon prokurorluğunun araşdırmasından sonra məlum olacaq.


Sizin reklam burada
Sizin reklam burada