Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara tərəfindən imzalanan konstitusiya bəyannaməsi ifadə və media azadlığını təsbit edir.
News365.az xəbər verir ki, bu barədə Suriya Konstitusiya Komitəsindən məlumat verilib.
“Bəyannamədə mülkiyyət hüquqlarının təminatları ilə bağlı müddəalar və qadınların əmək və təhsildə iştirak hüququ yer alıb”, - məlumatda qeyd olunub.