Kürdəmirdə aşan maşında xəsarət alan sürücünün kimliyi bəlli oldu.
Kürdəmirdə minik avtomobili aşıb, xəsarət alan var.
Hadisə Bakı-Qazax əsas magistralının rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Toyota Prius markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Kürdəmir sakinini qatar vuraraq öldürüb.
Hadisə rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 45 yaşlı kənd sakini Famil Bağırov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.
Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə ölüb.
Əraziyə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götrülərək aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı şəraitdə baş verməsi rayon prokurorluğunun araşdırmasından sonra məlum olacaq.