Mingəçevirdə kütləvi dava - Xəsarət alanlar var

Mingəçevirdə kütləvi dava - Xəsarət alanlar var
13 Mar 2025 12:40

Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb, mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News365.az-a cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

    Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


    Sizin reklam burada
    Sizin reklam burada