Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılması mühüm hadisədir.
News365.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
"Sülh sazişində Avropa İttifaqının Ermənistandakı mülki missiyası barədə heç bir maddə yoxdur. Sazişdə üçüncü qüvvələrin yerləşdirilməməsi nəzərdə tutulur. Bu, həm Ermənistana, həm də Azərbaycana aiddir ”- o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat
verib.