Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub.
News365.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, Xocalıda törədilmiş cinayətlər təsadüfi deyil, əksinə, etnik və dini nifrət və dözümsüzlük zəminində həyata keçirilən geniş, sistemli siyasətin tərkib hissəsidir:
“Ağır cinayətlərə görə məsuliyyət mütləq və qaçılmazdır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq"